QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda ölkəyə bəyan edilmədən gətirilən müxtəlif mallar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Tovuz Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi kompleks nəzarət tədbirləri nəticəsində gömrük orqanlarına bildirilməmiş məhsullar müəyyən edilib.

Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsi idarənin “Qırmızı Körpü” postunda yoxlanılıb. Baxış zamanı şübhə doğuran hallar qeydə alındıqdan sonra keçirilən gömrük yoxlamasında 39 adda xeyli sayda mal aşkar olunub. Tapılanlar arasında dərmanlar, vitaminlər, spirtli içkilər və siqaretlər var.

Hadisə ilə bağlı araşdırma aparılır.