QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan Almaniya ilə birbaşa aviareyslərin sayının artırılmasında maraqlıdır. Xarici işlər naziri Ceyhun Bayramov bu barədə Bakıda almaniyalı həmkarı Yohan Vadefulla birgə keçirilən brifinqdə danışıb.

Bayramov bildirib: “Həmkarıma bu uçuşların sayının artırılmasında maraqlı olduğumuzu ifadə etdik. Almaniyadan Azərbaycana ötən il 24 mindən çox turist gəlib, bu ilin ilk 10 ayında isə bu say artıq 25 mini keçib”.