QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan Uşaq Fondunun ofisinin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən boşaldılmağa çalışıldığı bildirilir.

Fondun İdarə Heyətinin sədri Zəhra Bədəlbəyli məsələ ilə bağlı video yayımlayıb və Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Onun sözlərinə görə, Xidmətin əməkdaşları heç bir sənəd göstərmədən Fondun nümayəndələrini ofisdən çıxarmağa və otaqları boşaltmağa cəhd edirlər.

Bədəlbəyli aidiyyəti qurumlara müraciət etdiklərini qeyd edərək, dövlət başçısından və Birinci vitse-prezidentdən məsələyə diqqət yetirmələrini xahiş edib.