QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə 20 400 nəfər azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Statistikaya əsasən, azalma kənd məktəblərində daha çox qeydə alınıb. 2025/2026-cı tədris ilində şəhər məktəblərində 1 milyon 96,8 min, kənd məktəblərində isə 577,9 min şagird oxuyub.

2024/2025-ci tədris ilində şəhər məktəblərində 1 milyon 98,4 min, kənd məktəblərində 596,7 min şagird təhsil alırdı. Beləliklə, bir il ərzində şəhərlərdə şagird sayı 1 600, kəndlərdə isə 18 800 nəfər azalıb.