QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişin qatarları bu gündən yenidən hərəkətə başlayıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Qax-Zaqatala dəmir yolu xəttinin qrunt sularından zərər görməsi səbəbindən təmir işləri aparılırdı. Bununla əlaqədar qatar reysləri avqustun 1-dən müvəqqəti dayandırılmışdı.