QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Bakıda 57B nömrəli müntəzəm avtobus xətti noyabrın 23-dən sərnişin daşımağa başlayacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, marşrut Məhəmməd Hadi küçəsini, “Həzi Aslanov” metro stansiyasının yaxınlığını, Kazımağa Kərimov küçəsində yerləşən Sabah City ilə əlaqələndirəcək.
“Bakubus” MMC-nin xəttə ayırdığı dörd avtobus 15 dəqiqəlik intervalla hərəkət edəcək. Gediş haqqı 60 qəpikdir və ödəniş yalnız nağdsız formada qəbul olunur.