QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda öldürülən gənc rəssam Gülarə Mehdiyeva ilə bağlı yeni məlumatlar açıqlanıb. Hadisədə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev və bacısı eyni universitetdə oxuyublar.
Ayxan universitetin birinci kurs tələbəsi olub, bacısı isə üçüncü kursda təhsil alıb. Hadisə zamanı onların evdə tək olduqları bildirilir.
İlkin məlumata əsasən, Ayxan bacısına ürək və boğaz nahiyəsindən üç bıçaq zərbəsi endirib. Gülarə Mehdiyeva xəstəxanaya aparılsa da, orada həyatını itirib.