QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ceyhun Cəfərov “Suraxanı Oil” Əməliyyat Şirkətinin Texniki xidmət departamentinə direktor təyin olunub.

Cəfərov 2025-ci ilin noyabrından “Facility Management Group”da (FMG) texniki xidmət üzrə menecer vəzifəsində işləyib.

O, 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək “BOC” şirkətinin Texniki xidmət departamentinə rəhbərlik edib. 2023-cü ilin iyunundan 2024-cü ilin yanvarınadək isə “Balakhani Operating Company”də aparıcı texniki xidmət üzrə nəzarətçi olub.

Cəfərov 2011-ci ilin avqustundan 2023-cü ilin iyulunadək “SOCAR AQS”də müxtəlif vəzifələrdə çalışıb. Həmin dövrdə 2022-ci ilin iyunundan 2023-cü ilin iyulunadək aparıcı texniki xidmət üzrə nəzarətçi, 2020-ci ilin martından 2022-ci ilin mayınadək texniki xidmət üzrə superintendant, 2011-ci ilin avqustundan 2020-ci ilin martınadək isə dəniz obyektləri üzrə texniki xidmət nəzarətçisi vəzifələrini tutub.

Onun əmək fəaliyyətinə başladığı ilk yer “Azərsun Holding” olub. Cəfərov 2009-cu ilin noyabrından 2011-ci ilin iyulunadək şirkətdə proseslərə nəzarət üzrə müfəttiş işləyib.