QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2027-ci ildə 52 dövlət müəssisəsinin dövlət büdcəsinə 918 milyon manat dividend ödəyəcəyi proqnozlaşdırılır. Bu göstərici Maliyyə Nazirliyinin 2027-ci il üçün büdcə gəlirlərinə dair proqnozunda yer alıb.

Gözlənilən məbləğin 872 milyon manatının xalis dividenddən, 46 milyon manatının isə dividend vergisindən formalaşacağı bildirilir.

Beləliklə, gələn il dövlət müəssisələrindən büdcəyə ümumilikdə 918 milyon manat daxilolma nəzərdə tutulur.