QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Gəncədə baş verən yol qəzasında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, 1991-ci il təvəllüdlü kişi noyabrın 19-da saat 17:40-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Akademik Z. Məmmədov adına xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Pasiyentə göz qapağı və göz ətrafının əzilməsi diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş hesab edildikdən sonra şəxs ambulator müalicə üçün evə buraxılıb.
Zərərçəkənin Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin oğlu İ. Əliyev olduğu qeyd edilib.