QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, aparıcı Elgiz Əkbər həmkarlarından birinin onun barəsində səsləndirdiyi fikirlərə kəskin münasibət bildirib.

Əkbər ötən gün öz verilişində baş verən qalmaqallı hadisəni tənqid edən həmkarına cavab verib. O bildirib ki, bəzi proqramlar bağlansa da, sözügedən veriliş əvvəlki formatında yayımlanır. Aparıcının iddiasına görə, həmin proqramda bir nəfərin iştirakı üçün ayda 16 min manat ödənilir.

Elgiz Əkbər verilişdə evdən qaçan, qapıdan qovulan və ərinə xəyanət edən şəxslərdən bəhs olunduğunu deyərək, başqa mövzuların müzakirə edilib-edilmədiyini sual edib.

O, digər verilişlərin tənqid olunduğunu, lakin həmin proqramın eyni formatda davam etdiyini vurğulayıb. Aparıcı tək iştirakçının olduğu verilişə görə aylıq 16 min manat ödənildiyini iddia edib və baş sponsorların məbləğlərinin bundan əlavə olduğunu bildirib.

Əkbər sosial şəbəkələrdə yayımlanan proqramlara da irad tutulduğunu deyərək, həmin əməkdaşlara xəbərdarlıq edib: “Mənim ağzım açılsa, pis açılacaq!”.

İddialara görə, aparıcının bu fikirləri Lalə Azərtaşa ünvanlanıb.