QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Əməkdar artist Könül Kərimova şəxsi geyimlərini satışa çıxarmaq niyyətindədir. Müğənni bu barədə “Qonaqcanlı” proqramında danışıb.
Kərimova illər ərzində topladığı paltarların evdə çox yer tutduğunu deyərək onları satmaq qərarına gəldiyini bildirib. Bu məqsədlə “Könül dünyamız” adlı mağaza açacağını qeyd edib.
“Qızım Ləman bu işdə mənə kömək edir. Şəxsi geyimlərimi satacağam. Neçə ildir sənətdəyəm. Baxdım ki, evdə paltar əlindən yer yoxdur. Qərara gəldim ki, satışa çıxarım. Bəzi geyimlər var ki, onları heç satmaq da istəmirəm, dəyərlidir. Onları qardaşımın qızına saxlayacağam. Paltarlar bitənə qədər mağaza fəaliyyət göstərəcək”, – sənətçi deyib.