QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Xalq artisti Samir Cəfərova 50 yaşının tamam olması münasibətilə qol saatı hədiyyə edib.
Bağışlanan saat İtaliyanın “Versace” brendinin “Timeless V Dome” seriyasındandır. Modelin rəsmi mağazalarda və onlayn satış platformalarında qiyməti 950-1300 ABŞ dolları, təxminən 1600-2200 manat aralığında göstərilir.
Hədiyyə noyabrın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Samir Cəfərovun 50 illik yubileyinə həsr olunmuş görüşdə təqdim edilib.