QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, özbək aktrisa və bloger Məryəm Tillyayeva rusiyalı model Avrora Kiba ilə 36 yaşlı Rüstəm Hacıyevin Bakıda keçirilən toy mərasiminin bəzi detallarını açıqlayıb. Rüstəm Hacıyev ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur, Avrora Kibanın isə 20 yaşı var.

Tillyayeva “OK! Awards: Больше, чем звёзды” mükafatlandırma mərasimində “Super” nəşrinə müsahibə verərkən rəfiqəsinin məxfi saxlanılan toyundan söz açıb.

Onun dediyinə görə, qonaqlara mərasim zamanı mobil telefondan istifadə etməyə icazə verilməyib. Bloger bu qaydanı məqsədəuyğun saydığını bildirib.

Məlumata əsasən, qonaqlar “Four Seasons” hotelində qalıb və toy da orada təşkil olunub. Mərasimin keçirildiyi məkan canlı güllərlə bəzədilib.

Rusiyalı şoumen Maksim Qalkin də məclisdə iştirak edib. Onun toyun aparıcısı olduğu ehtimal edilir.