QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, müğənni Candan Erçetin şəxsi həyatı ilə bağlı xəbərlərlə gündəmə gəlib.

Erçetin təxminən 30 ildir münasibətdə olduğu Hakan Karahanla ayrı evlərdə yaşayır. Cütlüyün bu seçiminin məqsədi aralarındakı hörmət və mehribanlığı qorumaqdır.

Müğənni vaxtının böyük hissəsini Kırklarelinin Lüleburqaz bölgəsində keçirir. Karahan da ona yaxın olmaq üçün həmin ərazidə ev alıb və oraya köçüb.

Candan Erçetin və Hakan Karahanın münasibəti Türkiyə şou-biznesinin ən uzun sürən sevgi hekayələrindən biri sayılır.