QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Bakı Dövlət Universitetinin (BDU) dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanovun (Qocatürk) müəmmalı vəfatı barədə sosial şəbəkə hesabında paylaşım edib.
Hidayətqızı paylaşımında onu müəllim, ziyalı, ata və həyat yoldaşı kimi təqdim edərək, övladları, şərəfi və namusu uğrunda ölümü seçdiyini yazıb.
Jurnalist baş verənlərə münasibətində haqsızlığın insanı bəzən çıxılmaz duruma saldığını vurğulayıb: “Bəli, bu, yanlış yoldur. Amma bıçaq sümüyə dirənəndə insanın gözünə heç nə görünmür. Haqsızlıq insanı bəzən ağlasığmaz qərarlar verməyə məcbur edir. Səsin eşidilməyəndə, haqqın tapdananda, sevdiklərinin qarşısında çıxılmaz vəziyyətdə qalanda nə həyatın, nə ölümün, hətta öldürməyin belə fərqinə varırsan… Amma bir şeyi dəqiq bilirəm: nə ah yerdə qalar, nə də haqsızlıq. Gec-tez Allah hər şeyi öz yoluna qoyar”, – deyə o bildirib.