QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Lətifənin dodağında yaranan problem internetdə gördüyü məsləhətlərə əməl etməsi ilə bağlı olub.

Sənətçi dodağına müxtəlif vasitələrlə pilinq etdiyini və bunun nəticəsində həmin nahiyənin yandığını deyib. Lətifə izləyicilərini internetdəki tövsiyələrə əsasən müxtəlif maddələrdən istifadə etməməyə çağırıb.

“Dodağıma fikir verməyin. İnternetdən nə gəldi etməyin. Dodağımı lazımsız dərmanlarla pilinq edirdim, yandı. Dodaq həssasdır, etməyin. Nə gəldi vurmayın”, – deyə o bildirib.