QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Lənkəranda ehtiyatsızlıq nəticəsində 13 yaşlı yeniyetmənin boğaz nahiyəsi bıçaqla kəsilib.

Hadisə rayonun Darquba kəndində baş verib. Kənd sakini F.A. kəsici-deşici alətlə yaralandıqdan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər yeniyetmədə boyun nahiyəsinin açıq yarası olduğunu müəyyən ediblər. Ona ilkin tibbi yardım göstərilib.

İlkin məlumata əsasən, yeniyetmə evdə uzandığı vaxt bıçaqla meyvə doğrayarkən ehtiyatsız davranıb və boğazından xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.