QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 58 yaşlı kişinin meyiti tapılıb.
Cəlilabad rayon sakini, 1968-ci il təvəllüdlü Zakir Kərimovun cəsədi dünən saat 14 radələrində qəsəbədəki evlərdən birinin hamam otağında aşkarlanıb. Onun bədənində zorakılıq əlamətləri olmayıb.
Məlumata görə, ev A.Məmmədova adlı dostuna məxsusdur. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.