QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyəli müğənni Yusuf Güney Peruya səfəri zamanı içdiyi ayahuasca bitkisi çayı barədə danışdıqlarına görə 10 ilədək azadlıqdan məhrumetmə tələbi ilə üzləşib.
Məhkəmədə çıxış edən Güney Türkiyəni çox sevdiyini və bir gün ölkəsinə dönmək arzusunda olduğunu söyləyib. Vəkili isə müğənninin həmin bitkinin qadağan edildiyindən xəbərsiz olduğunu, eləcə də heç kimi bu çayı içməyə təşviq etmədiyini bildirib və onun bəraət almasını istəyib.
Məhkəmə nəzarət tədbirlərinin qüvvədə saxlanmasına qərar verib, işin materialları isə prokurorluğa göndərilib. Müğənni barəsində hələlik yekun hökm yoxdur.