QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “ADRESCON” MMC-nin yaydığı açıqlamaya əsasən, Setanta Sports 1 və Setanta Sports 2 kanallarının, eləcə də şirkətin hüquqlarına sahib olduğu idman yarışlarının “Uninet” MMC-yə məxsus CityNet TV və digər televiziya operatorlarının şəbəkələrində yayımı 16 noyabr 2026-cı ildən dayandırılıb. Qərar müqavilə şərtlərinə uyğun olaraq qəbul edilib.

Şirkətin məlumatında bildirilir ki, hazırda həmin kanallar və idman yarışları Uninet-in televiziya şəbəkələrində yayımlanmır. ADRESCON ilə müvafiq müqaviləsi olan digər operatorlarda isə yayım davam edir.

Yayımın Uninet şəbəkələrində bərpası ilə bağlı yenilik yaranarsa, abunəçilərə və ictimaiyyətə əlavə rəsmi məlumat veriləcək. ADRESCON açıqlamanı abonentlərin məlumatlandırılması və mümkün anlaşılmazlıqların qarşısının alınması üçün yayıb.