QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ölkədə ilk dəfə təşkil olunan Dövlət-Biznes Əməkdaşlığı Forumunda Veysəloğlu Şirkətlər Qrupuna məxsus “OBA” marketlər şəbəkəsi müharibə veteranlarının məşğulluğuna dəstəyinə görə təşəkkürnamə alıb.
Təltifatı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şəbəkənin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim edib. Forum çərçivəsində məşğulluq sahəsində dövlət-biznes tərəfdaşlığının genişləndirilməsi, işəgötürənlərə dövlət dəstəyi və ortaq təşəbbüslər müzakirə edilib. Həssas qrupların işlə təmin olunmasına mühüm töhfə verən beş özəl sosial tərəfdaş da mükafatlandırılıb.
Təşəkkürnamə “OBA”nın sosial məsuliyyət istiqamətindəki fəaliyyətinə və veteranların məşğulluğuna verdiyi dəstəyə verilən qiymət kimi təqdim olunub. Şirkət bu sahədə fəaliyyətini davam etdirmək və müharibə veteranları üçün yeni iş imkanları yaratmaq niyyətindədir.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi 2023-cü ildən başlayaraq hər il məşğulluğun dəstəklənməsinə verdiyi töhfələrə görə müxtəlif nominasiyalarda təltif edilib.