QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Qala Sığorta” və “Qala Həyat” şirkətləri Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində maarifləndirici seminar təşkil ediblər.
Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə savadlılığını artırmaq layihəsi çərçivəsində keçirilən tədbirdə risk və sığortanın nə olduğu, habelə sığortanın gündəlik həyatda rolu barədə iştirakçılara məlumat verilib.
Təşəbbüs həssas qrupların maliyyə biliklərinin artırılmasına və inklüziv təhsilin təşviqinə dəstək məqsədi daşıyır.