QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyəli aktrisa Tuba Büyüküstün sosial şəbəkədə paylaşdığı makiyajsız fotolarla gündəmə gəlib.

“Çemberimde Gül Oya”, “Babam ve Oğlum”, “Kara Para Aşk” və “Zeytin Ağacı” layihələri ilə tanınan aktrisa şəxsi Instagram hesabında təbii görüntülərini yayımlayıb.

6,2 milyon izləyicisi olan sənətçinin fotoları sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Paylaşımlar qısa müddət ərzində çoxlu bəyənmə və şərh qazanıb.

İzləyicilər fotolara münasibət bildirərək aktrisanı “Dünya gözəli”, “Hər zaman qüsursuz” və “Möhtəşəm” sözləri ilə tərifləyiblər.

Tuba Büyüküstün aktyorluq fəaliyyəti ilə yanaşı, geyim tərzi və sosial şəbəkədəki paylaşımları ilə də tez-tez diqqət çəkir.