QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Bakı-Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsinin yaxınlığında 100 mm-lik OF-412 top mərmisi aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə təhlükəsizlik tədbirləri görüldükdən sonra mərmi zərərsizləşdirilmək üçün götürülərək ərazidən uzaqlaşdırılıb.
Hadisə yerində və yaxın ərazilərdə aparılan əlavə yoxlamalar zamanı başqa təhlükəli və ya şübhəli əşya tapılmayıb.