QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızının vəkili Raman Abışov bir neçə gün əvvəl polis tərəfindən həbs edilib. İş üzrə təfərrüatlar məlum olub.

Məlumata görə, bir vətəndaş bir neçə nəfərin qabaqcadan razılaşaraq müxtəlif vaxtlarda ondan 70 min manat tələb etməsinin qarşısının alınması üçün polisə müraciət edib.

Mübahisənin kökündə bir neçə il əvvəl qurulan avtomobil alqı-satqısı üzrə biznes əlaqələri dayanır. Tərəflər arasında pul məsələsinə görə narazılıq yaranıb və zərərçəkən borcun geri ödənilməsini istəyib. Bundan sonra mübahisə başqa müstəviyə keçib.

Pulun alınması məqsədilə vətəndaşa psixoloji təzyiq göstərilməsi, həbs olunacağı ilə qorxudulması, eləcə də hüquq-mühafizə orqanlarında yüksək vəzifəli şəxslərin işə maraq göstərdiyi görüntüsünün yaradılmasının planlaşdırıldığı bildirilir.