QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Leonardo Di Kaprionun 52-ci doğum günü məclisinə Hollivudun bir sıra tanınmış simaları qatılıb.
Gecənin diqqət çəkən məqamlarından biri çoxsaylı gənc qadını daşıyan ağ avtobus olub. Qadınlar Al Paçino, Tobi Maquayr, Adrien Brodi, Cona Hill və Keysi Afflek kimi aktyorlarla birlikdə məclisə gəliblər.
Reper 50 Cent avtobusla gətirilən gənc qadınların da iştirak etdiyi gecəni “çılğın” adlandırıb. O, tədbirdən görüntülər olan foto kolajını Instagram hesabında paylaşaraq yazıb: “Partiyə dəvət olunmamısan, lənət olsun! Bu nə deməkdir? Leonun məclisi çılğın idi!”
Di Kaprio əvvəllər özündən 25 yaşdan çox kiçik qadınlarla münasibət qurmadığı barədə iddialarla tez-tez gündəmə gəlib. Aktyorun 2023-cü ildən 28 yaşlı italiyalı model Vittoria Çeretti ilə sevgili olduğu bildirilir.
Avtobusla məclisə gətirilən qadınların görüntüləri sosial şəbəkələrdə müzakirə doğurub. Bəzi istifadəçilər qadınların bu şəkildə təqdim olunmasını tənqid edərək buna etiraz ediblər. Şərhlərdə onlar yük maşınının arxasına yığılmış heyvanlara bənzədilib. İstifadəçilər bu davranışın qadın ləyaqətinə və insan şəxsiyyətinə hörmətsizlik olduğunu qeyd ediblər.