QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, şair və aparıcı Oqtay Şəhriyarlı avtomobil qəzasında həyatını itirib. Onun vəfatı barədə yaxınları məlumat verib.
Oqtay Şəhriyarlı 1959-cu il martın 13-də Masallı rayonunun Şəhriyar kəndində dünyaya gəlib. İlk şeiri 1974-cü ildə Masallıda nəşr olunan “Çağırış” qəzetində dərc edilib.
1976–1978-ci illərdə Sumqayıtda çıxan “Sosialist Sumqayıtı” qəzetində müxbir işləyib. 1974-cü ildən şeirləri müxtəlif mətbuat orqanlarında yayımlanıb. Son dövrlərdə isə “Bütövlük” ictimai-siyasi hüquq qəzetində xüsusi müxbir vəzifəsində çalışıb.