QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Salyan rayonunda keçirilən şənliklərdən birində mahnı sifarişi üstündə yaranan mübahisə davaya çevrilib.
Hadisə vaxtı sərxoş vəziyyətdə olan iki nəfər arasında qarşıdurma baş verib. Onlardan birinin istədiyi mahnının səsləndirilməsini tələb etməsi mübahisəni əlbəyaxa davaya gətirib.
Əvvəllər məhkum olunmuş X.Verginov kəsici alətlə digər şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib.
Polis hadisəni törətməkdə şübhəli şəxsi saxlayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.