QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

Kür qəsəbəsində yaşayan, 1985-ci il təvəllüdlü Tural Bağırov elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb.

Faktla əlaqədar Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanıb.