QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda “Nur Çörək” şirkətinə məxsus yük avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını pozub.
Hadisə noyabrın 18-də saat 11:25 radələrində Yasamal rayonunun Əhməd Cəmil küçəsində baş verib. “Nur Çörək” zavoduna aid 99-OY-622 nömrə nişanlı “Ford Transit” markalı maşın əks istiqamətə çıxarılaraq piyada keçidinin üstündə saxlanılıb.
Şahidlər sürücüyə iradlarını bildirdikdə, o, qayda pozuntusuna məhəl qoymayıb və “Yaxşı edirəm” cavabını verib.
Məsələ ilə bağlı aidiyyəti müəssisə ilə əlaqə saxlanılsa da, qurum hələlik açıqlama verməyib.
Əks istiqamətdə və piyada keçidində avtomobil saxlamaq piyadalar üçün təhlükə yaradır, həmçinin digər sürücülərin görmə imkanını məhdudlaşdırır. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə, belə pozuntuya görə sürücü 20 manatdan 40 manatadək cərimələnə bilər.