QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan 2-ci Liqasının 10-cu turunda bu gün keçirilməsi planlaşdırılan “Şirvan” – “Marafon” qarşılaşmasının təxirə salınması mümkündür.

Güclü yağış Şirvan Olimpiya İdman Kompleksinin meydançasını oyun üçün yararsız vəziyyətə gətirib. Sahədə gölməçələr yarandığından matçın keçirilməyəcəyi ehtimal olunur.

Görüşün baş tutub-tutmayacağı barədə qərarın yarım saat ərzində açıqlanması gözlənilir. Qarşılaşma saat 14:00-da başlamalıdır.