QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Xalq Bank Türkiyənin Ziraat Bankının 1,1 milyard ABŞ dolları məbləğində sindikativ kredit layihəsinə qoşulub.
Layihə çərçivəsində cəlb edilən maliyyənin bankın yaşıl aktivlərini artırmaq, eləcə də dayanıqlı kənd təsərrüfatı təşəbbüslərini maliyyələşdirmək üçün istifadə olunması planlaşdırılır. 18 ölkədən 37 bankın qatıldığı layihə ətraf mühitin mühafizəsi və davamlı iqtisadi inkişafın dəstəklənməsi ilə yanaşı, beynəlxalq maliyyə əlaqələrinin genişlənməsinə də xidmət edir.
Xalq Bank daha əvvəl də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində bir neçə iri sindikativ kredit layihəsində iştirak edib.