QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Xalq artisti Ofeliya Sənaninin səhhətindəki problemlər son əməliyyatdan sonra da davam edir. Əməliyyatdan sonra ürəyinin zəiflədiyi bildirilir.

Sənətkarın ailəsinin verdiyi məlumata görə, Ofeliya Sənani hazırda yataq rejimindədir. Ayağına implant yerləşdirildikdən sonra özünə gələ bilməyən sənətçinin orqanizmi və ürəyi zəifdir. O, hərəkət edə bilmir, yeriməkdə çətinlik çəkir və danışmağa da gücü çatmır. Müalicəsi ev şəraitində, həkim nəzarəti ilə davam etdirilir.

Xalq artisti 2026-cı ilin oktyabrında yıxılaraq bud sümüyündən xəsarət alıb və əməliyyat olunub. Hazırda müalicəsini evdə davam etdirir.