QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Yelo Bank hüquqi şəxslərə biznes hesabı açılışını İnternet Bankçılıq üzərindən bir neçə dəqiqəyə tamamlamaq imkanı yaradır. Prosesin həmin gün başa çatması üçün banka getmək tələb olunmur.
Hesab açmaq üçün əvvəlcə qeydiyyat sorğusu doldurulur və valyuta müəyyən edilir. Şirkət barədə məlumatlar sistemdə avtomatik əks olunur. Daha sonra sənədlər hazırlanaraq ASAN İmza ilə təsdiqlənir. Müştəri istəsə, sənədlərin nüsxələri şəxsi e-poçt ünvanına da göndərilə bilər.
Son mərhələdə məsafədən identifikasiya həyata keçirilir. Yoxlama uğurla tamamlandıqdan sonra hesab aktivləşdirilir. Hesabın açılması ödənişsizdir.
Yeni müştərilər üçün xidmət iş günləri saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Hesab aktiv olduqdan sonra köçürmə, əməkhaqqı ödənişi, valyuta konvertasiyası və digər əməliyyatları İnternet Bankçılıq vasitəsilə icra etmək mümkündür.