QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, yeni DOST mərkəzlərinin regionlarda fəaliyyətə başlaması ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq regional bölmələrinin bağlanması planlaşdırılır.

Bu məsələ Hesablama Palatasının DSMF-nin 2027-ci il büdcə layihəsinə dair rəyində əksini tapıb. Sənəddə DOST Agentliyi və mərkəzlərinin saxlanma xərclərinin Fondun idarəetmə xərclərinə aid edilməsinin məqsədəuyğun olduğu qeyd edilib.

Rəydə bildirilib ki, yeni mərkəzlərin açılması və DSMF-nin regional bölmələrinin fəaliyyətinin dayandırılması nəzərə alınaraq, saxlanma xərclərini optimallaşdırmaq üçün müvafiq xərc istiqamətləri mərkəzləşdirilməlidir.

Hesablama Palatası bu məqsədlə Fondun zəruri tədbirlər görməli olduğunu vurğulayıb.