QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Alim və Fərqanə Qasımovanın Nelli Furtadonun “Say It Right” mahnısına muğam üslubunda verdikləri ifa “Grand Theft Auto VI” (GTA 6) oyununda yer alacaq.

Sənətçilərin versiyası oyundakı “Kaleidoscope FM” radiostansiyasının musiqi seçiminə daxil edilib.

Alim və Fərqanə Qasımova bu ifanı bir neçə il əvvəl “Bizimkilər” layihəsində təqdim etmişdilər.

GTA 6-nın “Kaleidoscope FM” stansiyasında müxtəlif ölkələrdən olan musiqiçilərin tanınmış mahnılara fərqli üslubda hazırladıqları versiyalar səslənir.