QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi barədə qərarı təsdiqləyib.
Qərara əsasən, Akademiyanın struktur sənədində 6-cı hissənin yeni redaksiyası təsdiqlənib. Burada Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr sadalanıb.
Siyahıya Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu, eləcə də Nizami Gəncəvi Mərkəzi daxil edilib.