QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə yollanıb.

Səfər çərçivəsində İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hung ilə görüşü barədə “Haber Global” videomaterial hazırlayıb. Görüşdə iki ölkə arasındakı münasibətlər və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə Vyetnam hökuməti və xalqının Azərbaycana göstərdiyi həmrəyliyi xatırladıb. O, Vyetnamın, o cümlədən BMT Təhlükəsizlik Şurasında ölkəmizə güclü dəstək verdiyini qeyd edib.

Le Minh Hung yaxın vaxtlarda Vyetnamın Azərbaycanda səfirlik açacağını bildirib. Prezident İlham Əliyev isə diplomatik nümayəndəliklərin tam fəaliyyətə başlamasının ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcəyini vurğulayıb.