QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, professor Poyraz Gürson Orta dəhlizin dünyaya yeni imkanlar açdığını deyib.

Beynəlxalq Alasia Universitetinin rektoru bu fikirləri Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfərinə həsr olunan analitik proqramda səsləndirib. Gürson marşrutu daha təhlükəsiz hesab edib və əhəmiyyətini Ümid burnunun kəşfi ilə müqayisə edib.

Proqramda İlham Əliyevin Vyetnama, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə Pakistana səfərləri enerji həmləsi kimi dəyərləndirilib.