QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyəli aktrisa Ayça Varlıer DJ Serhan Aydemirlə altı il davam edən münasibətini bitirib və hazırda subay olduğunu açıqlayıb.

Kanal D-də yayımlanan “Haysiyet” serialında Şehnaz obrazını canlandıran Varlıer tədbirlərdən birində jurnalistlərə ayrılığın təxminən iki həftə əvvəl baş verdiyini deyib.

Aktrisanın bildirdiyinə görə, münasibətə son qoymaq qərarını hər iki tərəf birlikdə verib. O, aralarında incikliyin olmadığını, ayrılığın qarşılıqlı hörmət şəraitində baş tutduğunu vurğulayıb.

“Bir-birimizə qarşı çox gözəl sevgi bağımız var. Bu münasibəti bitirmək qərarını birlikdə verdik. Hər ikimiz öz yolumuza davam etməyi seçdik”, – Varlıer bildirib.

Ayrılığın səbəbinə toxunan aktrisa tərəflərin bir-birinə qarşı mənfi münasibət bəsləmədiyini qeyd edib. Onun sözlərinə görə, hər ikisinin gələcəkdə xoşbəxt olacağına inanır və yollarını mədəni şəkildə ayırıblar.

“Onun da, mənim də xoşbəxt olacağımıza inanıram. Çox mədəni şəkildə ayrıldıq. Görünür, hər şeyin müəyyən müddəti var. Bəzən insanların enerjisi və uyğunluğu üst-üstə düşmür. Bu münasibətin də müddəti başa çatdı”, – deyə o bildirib.

Beləliklə, Ayça Varlıer və Serhan Aydemirin altı illik münasibəti qarşılıqlı razılıqla sona çatıb.