QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, müğənni Gülay “Düz deyil” adlı yeni mahnısını kliplə birlikdə dinləyicilərə təqdim edib.

Musiqisi Elçin Cəfərova, sözləri isə Rafael Şabanova aid olan mahnının aranjimanını Taleh Ağayev hazırlayıb. Bəxtiyar Həsənov miks və masterinq işlərini yerinə yetirib.

Klip Emin Muradovun rejissorluğu, Eren Yıldızın quruluşçu operatorluğu ilə ərsəyə gəlib. Çəkiliş və postprodakşn işlərini Emotion Group həyata keçirib.