QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85 faiz azalaraq 106,81 ABŞ dollarına enib.
Noyabrın 2-də, üç gün əvvəl, Azərbaycan nefti 126,16 ABŞ dollarına satılırdı. Beləliklə, bu müddətdə qiymət 19,35 dollar azalıb.
Azərbaycanın bu il üçün dövlət büdcəsində neftin orta qiyməti bir barel üzrə 65 ABŞ dolları götürülüb.
“Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.