QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, aktrisa Pərvin Abıyevanın ailə münasibətləri və xəyanət barədə açıqlaması sosial şəbəkələrdə müzakirə olunur.

Sənətçi bildirib ki, övladları olan qadınların həyat yoldaşının qısa müddətli xəyanətinə görə boşanmağa qərar verməsini doğru hesab etmir.

Abıyeva mövqeyini belə ifadə edib: “Kişi bir-iki saatlıq xəyanət edibsə, məncə, ailəniz, uşağınız varsa, belə bir xəyanətə görə ailəni dağıtmağa dəyməz. Çünki bütün kişilər edir”.

Aktrisanın sözləri birmənalı qarşılanmayıb və sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara yol açıb.