QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, meyxanaçı Rüfət Kərimov, səhnə adı ilə Rüfət Nasosnu, istifadə etdiyi internet provayderinin xidmətindən narazılığını açıqlayıb.

Paylaşdığı videoda sənətçi KATV1-də internetin tez-tez kəsildiyini, şirkətin operatorlarının isə telefon zənglərinə cavab vermədiyini bildirib.

Rüfət Kərimov aidiyyəti qurumlardan şirkətlə bağlı müvafiq tədbirlər görmələrini xahiş edib.