QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Birbank-ın premium bankçılıq xidməti Birbank Private The Banker Global Private Banking Awards 2026 çərçivəsində “Best Private Bank in Azerbaijan” adına layiq görülüb. Bu mükafatı alan ilk Azərbaycan bankı Birbank Private olub.

2009-cu ildən təqdim edilən Global Private Banking Awards “Financial Times Group”a daxil olan Professional Wealth Management (PWM) və The Banker jurnallarının birgə təşkilatçılığı ilə keçirilir. Mükafat çərçivəsində özəl bankçılıq qurumlarının dünya üzrə keyfiyyət və kəmiyyət göstəriciləri qiymətləndirilir. Təqdim olunan müraciətləri müxtəlif regionların sənaye mütəxəssislərindən təşkil olunmuş münsiflər heyəti nəzərdən keçirir, əsas fəaliyyət göstəricilərini isə PWM təhlil edir.

Birbank Private-ın məlumatına əsasən, son iki ildə idarə etdiyi aktivlərin həcmi iki dəfədən artıq artıb. 2025-ci ildə artım 50,9 faiz olub. Həmin müddətdə müştərilərin sayı 71,8 faiz, orta müştəri balansı isə 20,8 faiz yüksəlib.

Xidmət müştərilərə fərdi bankçılıq, xüsusi maliyyə həlləri və gündəlik əməliyyatları asanlaşdıran premium imkanlar təqdim edir. Buraya fərdi xidmət və prioritet dəstək, eksklüziv üstünlüklər, həmçinin bank əməliyyatlarını məsafədən və çevik şəkildə aparmaq imkanı daxildir.

Birbank Private müştəri sayını artırmaqdan çox, mövcud müştərilərlə uzunmüddətli, etibarlı münasibətlər qurmağa üstünlük verir. Hər bir müştəriyə şəxsi menecer, investisiya portfelinin fərdi idarə olunması, kredit təklifləri və manatla, eləcə də xarici valyutada depozitlər təklif edilir. Maliyyə bazarlarında dəyişikliklər olduqda menecerlər müştərilərlə əvvəlcədən əlaqə saxlayır, strategiyaları onların məqsədlərinə və bazar şəraitinə uyğunlaşdırırlar.

Birbank Private 2025-ci ildə International Investor nəşrinin “Best Private Banking Azerbaijan” mükafatını da alıb. Yeni təltif bankın beynəlxalq tanınmasını və Azərbaycanın özəl bankçılıq bazarındakı mövqeyini möhkəmləndirir.

Birbank Private yüksək gəlirli və fərdi bankçılıq xidmətləri axtaran müştərilər üçün nəzərdə tutulub. Xidmətlərə münasibətlərin fərdi idarə edilməsi, investisiya və portfel həlləri, xüsusi kredit və depozit məhsulları, eləcə də premium imkanlar daxildir. Xidmət fərdi yanaşmanı, maliyyə təcrübəsini və rəqəmsal rahatlığı birləşdirir.