QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında “Böyük Qayıdış” proqramının icrası üçün dövlət büdcəsindən 1 milyard 761,4 milyon manat ayrılıb. Bu vəsaitlə hesabat dövründə 383 layihə həyata keçirilib.
Ən çox maliyyə nəqliyyat infrastrukturunun yaradılmasına yönəldilib: 97 layihənin icrasına 801,4 milyon manat sərf olunub. Sosial sahədə isə 201 layihə üçün 692,5 milyon manat istifadə edilib.
Müdafiə və hüquq-mühafizə sahəsində 19 layihəyə 94,6 milyon manat, energetika və sənaye istiqamətində 11 layihəyə 65,9 milyon manat ayrılıb. Su təsərrüfatı və meliorasiya üzrə 38 layihəyə 24,5 milyon manat yönəldilib. Digər sahələrdə 17 layihənin icrası üçün 82,5 milyon manat xərclənib.