QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Tamaz Boraşvili Bakıya səfər edib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əli Nağıyev qonaqları Bakı şəhərində qəbul etməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və Gürcüstan arasındakı çoxəsrlik əlaqələrin xalqların qarşılıqlı hörmətinə, etimadına və dostluğuna əsaslandığını, iki ölkənin rəhbərləri arasında da bu prinsiplərə uyğun münasibətlərin qurulduğunu vurğulayıb.
Tamaz Boraşvili göstərilən səmimi münasibətə görə təşəkkür edib. O, qlobal təhdidlərin artdığı bir vaxtda iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə strateji tərəfdaşlıq, qarşılıqlı maraq doğuran aktual məsələlər, regiondakı son proseslər və müasir təhlükəsizlik çağırışları müzakirə olunub.