QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, “İrşad” noyabrın 20-dən 30-dək “Yaşıl Cümə” kampaniyasını keçirəcək. Aksiya zamanı mağazalar şəbəkəsindəki müxtəlif məhsulların qiymətinə 70%-dək endirim tətbiq olunacaq.

Alıcılar kampaniya məhsullarının endirimli qiymətini 18 ay müddətinə faizsiz, yaxud 6 aya faizsiz və komissiyasız ödəyə biləcəklər. Taksit kartı sahibləri üçün isə 12 aya faizsiz ödəniş imkanı nəzərdə tutulub.

Kampaniya smartfonları, televizorları, məişət texnikasını, mebel və aksesuarları əhatə edir. Təklif olunan məhsullar arasında “Mibro Earbuds 6 Black” simsiz qulaqlıq 99,99 AZN əvəzinə 29,99 AZN-ə, “Tefal TW2925EA Swift Power” tozsoranı isə 67% endirimlə 99,99 AZN-ə satılacaq.

59,99 AZN qiyməti olan “Midea MK-17D19A2” elektrik çaydanı 40 AZN endirimlə 19,99 AZN-ə təklif olunur. “Xiaomi Air Fryer Essential 6L White BHR8588EU” fritozunun qiyməti 200 AZN azaldılaraq 299,99 AZN-dən 99,99 AZN-ə endirilib. “Fakir Uno Chefry” fritozu 50% endirimlə 119,99 AZN olacaq.

“Midea MC-JSY3921C” tosteri 200 AZN endirimlə, 349,99 AZN əvəzinə 149,99 AZN-ə təqdim ediləcək. “HONOR 600” seriyasının smartfonlarında 20% endirim nəzərdə tutulub. “iPhone 17” modelinin qiyməti isə 400 AZN aşağı salınaraq 2899 AZN-dən 2499 AZN-ə düşüb.

“Samsung Galaxy A576 256 GB” smartfonuna 300 AZN endirim tətbiq olunacaq. Yeni “HONOR X9e Pro” modellərində endirim məbləği 360 AZN-dək olacaq.

Kampaniyadan “İrşad”ın satış məntəqələrində, rəsmi irshad.az saytında və mobil tətbiqində yararlanmaq mümkündür. Əlavə məlumat *0171 nömrəsi ilə təqdim olunur.