QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2027-ci ilin büdcə zərfi çərçivəsində Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. Layihədə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının, o cümlədən sənaye üsulu ilə hazırlananların satış dövriyyəsinin ƏDV-dən azad edilməsinin 2029-cu ilin sonunadək, daha üç il uzadılması nəzərdə tutulur.

Sənədə əsasən, strateji ərzaq məhsullarında qiymət sabitliyinin qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə buğdanın idxalı və satışı, eləcə də buğda ununun və çörəyin istehsalı və satışına tətbiq edilən ƏDV güzəşti də 2029-cu ilin sonuna qədər qüvvədə qala bilər.

Müzakirələrin ardından qanun layihəsi səsverməyə çıxarılıb və deputatlar onu birinci oxunuşda qəbul ediblər.